• 19.04.2024

Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi  Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına  narkotik  maddə  keçirilməsinin  qarşısı  alınıb.

 

Həbs edilmiş şəxs İlkin İlham oğlu Vəzirova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı xurmaların içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə  0,831  qram  heroin  aşkar  olunub.

 

Faktla  bağlı araşdırma aparılır.