• 22.12.2023

Penitensiar xidmətdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı müşavirə keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması ilə bağlı 07 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələrək Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun sədrliyi ilə müşavirə keçirilib.

Müşavirədə qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin dövlətimiz və xalqımız üçün əhəmiyyətindən danışılıb, işğaldan azad edilmiş ərazilər əhatə olunmaqla Respublikamızın bütün suveren sərhədləri daxilində baş tutacağı xüsusilə vurğulanıb. Seçkinin qanunvericiliyin tələblərinə tam uyğun və bütün müəssisələrdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə tapşırıq və tövsiyyələr verilib.

Nazir müavini Penitensiar xidmətin tabe qurumlarında saxlanılan azadlıqdan məhrum edilmiş məhkumların və həbs edilmiş şəxslərin, eləcə də Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların seçki qanunvericiliyinə uyğun hüququnun təmin edilməsi, seçkilərə hazırlıq, seçki məntəqələrinin yaradılması və seçici siyahısının hazırlanması məqsədilə Penitensiar xidmətin Seçki Qərargahının və Seçki Komissiyasının yaradıldığını bildirib. Əməkdaşların da seçkilərdə iştirakının vacibliyini qeyd edib.