• 02.04.2024

Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə  keçirilməsinin  qarşısı  alınıb.

 

Həbs edilmiş şəxs Əli Həsənağa oğlu Novruzova dostu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı gödəkcənin astar hissəsində gizlədilmiş pambığa xüsusi üsulla hopdurulmuş 0,016  qram  heroin aşkar olunub.

 

Faktla  bağlı araşdırma aparılır.