• 02.04.2024

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin  keçirilməsinin  qarşısı  alınıb.

 

Həbs edilmiş şəxs Zaur Tahir oğlu İsmayılova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı 1 cüt ayaqqabının daban hissələrində  xüsusi üsulla gizlədilmiş bükülülərdə 17,092  qram  heroin və 6,210 qram metamfetamin  aşkar olunub.

 

Faktla  bağlı araşdırma aparılır.