• 01.04.2024

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon  keçirilməsinin  qarşısı  alınıb.

 

Məhkum Elxan Silyan oğlu Hümbətovla qısamüddətli görüşə gəlmiş bibisi oğlu Arzuman Qurban oğlu Nəcəfovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Mini Bentley”markalı mobil telefon aparatı aşkar olunub.

 

Faktla  bağlı araşdırma aparılır.