• 28.03.2024

Xidmətdə fərqlənən əməkdaşımız mükafatlandırılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin böyük nəzarətçisi ədliyyə baş giziri Ruslan Yavərli vəzifəsini layiqincə yerinə yetirdiyinə və xidmətdə fərqləndiyinə görə qiymətli hədiyyə ilə mükafatlandırılıb.

 

Xidmət rəisinin müavini ədliyyə general-mayoru Oqtay Məmmədov qiymətli hədiyyəni ədliyyə giziri R.Yavərliyə təqdim edib, ona xidməti fəaliyyətində və şəxsi həyatında uğurlar diləyib.