• 19.03.2024

Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin  keçirilməsinin  qarşısı  alınıb.

 

Məhkum İlqar Cəmşid oğlu Məmmədova tanışı Yelena Aleksandrovna Əhmədova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı 4 ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə  0,701  qram  metadon və 0,319 qram metamfetamin  aşkar olunub.

 

Faktla  bağlı araşdırma aparılır.