• 11.03.2024

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə  psixotrop  maddə  keçirilməsinin  qarşısı  alınıb.

 

Məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı qızın əşyalarına və üzərilərinə baxış keçirilən zaman azyaşlının şalvarının arxa cibində gizlədilmiş bükülüdə  0,812  qram  metamfetamin  aşkar olunub.

 

Faktla  bağlı araşdırma aparılır.