• 09.03.2024

Müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə  narkotik maddə keçirilməsinin qarşısı alınıb.


Məhkum Ülvi Baba oğlu Cəfərova tanışı Hüsaməddin Əbülfəz oğlu Rzayev tərəfindən gətirilmiş sovqatdakı ayaqqabının içində gizlədilmiş bükülüdə 3,670 qram marixuana aşkar olunub.


Faktla bağlı araşdırma aparılır.