• 27.01.2024

Müəssisəyə mobil telefonların keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatlarının keçirilməsinin qarşısı alınıb.

Məhkum Rüstəm Şahvələd oğlu Vəliyevə göndərilmiş banderoldakı üz köpüyü qabının içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı, qatılaşdırılmış süd qabının içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.