• 22.01.2024

Müəssisəyə narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Məhkum Fərrux Aslan oğlu Cabbarova tanışı Xəyyam Həsənov tərəfindən göndərilmiş banderoldakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə 15,41 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.