• 18.12.2023

Xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıblar

Ədliyyə orqanlarının yaradılmasının 105 illiyi münasibətilə Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun əmrinə əsasən, Penitensiar xidmətdə qulluqda fərqlənən əməkdaşlar mükafatlandırılıblar.

Bu münasibətlə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov həmin əməkdaşları qəbul edib.

Nazir müavini çətin və şərəfli xidmətlərinə görə onlara təşəkkürünü bildirərək, vəzifələrini layiqincə yerinə yetirən və fərqlənən əməkdaşların qiymətləndirilməsinin həmişə diqqət mərkəzində olduğunu qeyd edib. Növbəti dəfə cənab nazir tərəfindən verilmiş bu mükafatların Penitensiar xidmətin fəaliyyətinə göstərilən qayğı və dəyərin göstəricisi olduğu vurğulanıb.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov ədliyyə mayoru Əliyev Yusif Əliyar oğluna qiymətli hədiyyəni, ədliyyə mayoru Ağayev Ramil Şirin oğluna fəxri fərmanı və ədliyyə mayoru Nabatov Oktay Xanəli oğluna döş nişanını təqdim edib.

Sonda xatirə şəkli çəkilib.