• 26.04.2024

MÜƏSSİSƏYƏ NARKOTİK MADDƏ KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Ədliyyə Nazirliyi  Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə  narkotik  maddə  keçirilməsinin  qarşısı  alınıb.

 

Məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə  1,738 qram  heroin  aşkar  olunub.

 

Faktla  bağlı araşdırma aparılır.