Nofəl Abbas Əli oğlu Əsədov

Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki
Nofəl Abbas Əli oğlu Əsədov 29.04.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2004-2005-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 2004-cü ildə Azərbaycan Texniki Universitetini, 2013-cü ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini bakalavr dərəcəsi üzrə, 2016-cı ildə Ukrayna Milli Mülki Müdafiə Universitetini magistr dərəcəsi üzrə bitirmişdir. 2006-2023-cü illərdə müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 20.09.2023-cü il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinin icrası həvalə edilmişdir. Ədliyyə polkovnikidir. Ailəlidir, 2 övladı var.