Orxan Əziz oğlu Qasımov

Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru
Orxan Əziz oğlu Qasımov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2000-ci ildə magistr pilləsi üzrə bitirmişdir. 1999-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, 2000-ci ildən 2005-ci ilədək Ədliyyə Nazirliyi Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2005-2013-cü illərdə Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ və Xətai rayon icra şöbələrinin rəisi olmuşdur. 2013-cü ildən 2018-ci ilədək Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində işləmişdir. 10.09.2018-ci il tarixdə Ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 63 nömrəli Sərəncamı ilə 21.11.2008-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. 2018-ci ildə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. Ədliyyə general-mayorudur. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir, 3 övladı var.