Oqtay İlyas oğlu Məmmədov

Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru
17.06.1963-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986-1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1986-2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013-2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur. 05.07.2016-cı il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Ədliyyə general-mayorudur. Ailəlidir, iki övladı, iki nəvəsi var.