Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Məhkumlar üçün növbəti seminarlar keçirilmişdir

 
15-03-2019, 15:54 | 564 dəfə oxunub

Məhkumların asudə vaxtının səmərəli keçirilməsi, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası məqsədilə dövlət, qeyri-hökümət və ictimai-siyasi qurumlar ilə əməkdaşlıq çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabe qurumlarında müxtəlif səpkili mədəni-kütləvi tədbirlər təşkil edilir.

Məhkumlar üçün növbəti seminarlar keçirilmişdir


Məhkumlar üçün növbəti seminarlar keçirilmişdir

Azadlıqdan məhrum edilmiş şəxslərin psixoloji yardım almaq hüquqlarının təmin edilməsinin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Məhkəmə ekspertizası mərkəzi arasında təsdiq edilmiş birgə tədbirlər planının icrası ilə bağlı 6 və 15 saylı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar üçün “Məhkumlar arasında ünsiyyət və davranış qaydalarında qarşıya çıxan neqativ halların aradan qaldırılması” mövzusunda seminar-treninqlər keçirilmişdir.

Xidmətin məsul əməkdşlarının və Məhkəmə ekspertizası mərkəzinin Psixoloji ekspertiza şöbəsinin nümayəndələrinin iştirak etdiyi seminarda mövzu ətrafında mühazirələr dinlənilmiş və məhkumları maraqlandıran suallar cavablandırılmışdır.

Məhkumlar üçün növbəti seminarlar keçirilmişdir

Azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Penitensiar xidmət arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 4 saylı cəzaçəkmə müəssisəsində və Tərbiyə müəssisəsində saxlanılan məhkumlar üçün “İslamda insan haqqı” mövzusunda seminar-treninqlər keçirilmişdir.

Xidmətin məsul əməkdşlarının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi seminarda mövzu ətrafında mühazirələr dinlənilmiş və məhkumları maraqlandıran suallar cavablandırılmışdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

15.03.2019

 

Example - jQuery SilverTrack



«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az
Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46