Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 






SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

M Ə L U M A T

 
5-02-2019, 15:34 | 1003 dəfə oxunub

Son günlər özünü Zümrüd Yağmur kimi təqdim edən sosial şəbəkə istifadəçisi əvvəllər olduğu kimi yenidən Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkumlar Taleh Bağırzadə və Abbas Hüseynin həmin müəssisənin rəisi Aftandil Ağayev tərəfindən döyülmələri, işgəncəyə məruz qalmaları, habelə qanuni hüquqlarından məhrum edilmələri, buna etiraz əlaməti olaraq adları qeyd olunan məhkumların aclıq aksiyasına başlamaları barədə həqiqətə uyğun olmayan şər-böhtan xarakterli məlumatlar paylaşmağa başlayıb.

Bəzi informasiya saytları isə həmin istifadəçinin həqiqəti əks etdirməyən məlumatlarına istinadən yanlış informasiyaları öz səhifələrində yerləşdirməklə ictimaiyyətdə çaşqınlıq yaradır, nəticədə ayrı-ayrı şəxslər həmin saytların şərhlər bölməsində həbsxananın rəisi Aftandil Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A.Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndərmişlər.

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, bütün bu qanunazidd əməllər təxribat xarakterlidir və həmin şəxslər öz məsulliyyətlərini dərk etməlidirlər.

Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmişdir.

Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində hər hansı bir məhkuma qarşı işgəncə, yaxud insan ləyaqətini alçaldan hərəkətlərə yol verilmir və hal-hazırda cəza çəkənlər tərəfindən heç bir aclıq aksiyası keçirilmir.

Əvvəllər olduğu kimi, Xidmətin fəaliyyəti ilə bağlı bütün məlumatlar dolğun şəkildə ictimaiyyətə çatdırılacaq.

Ombudsman aparatının əməkdaşları, habelə Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri həm adı qeyd olunan məhkumlara, həm də Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə mütəmadi olara baş çəkir, cəza çəkənlərin saxlanma şəraiti və onların hüquqlarının qorunması ilə yaxından maraqlanırlar.


Ədliyyə Nazirliyinin Penitensiar xidməti

05.02.2019

 

Example - jQuery SilverTrack



«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68