Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınmışdır
24-12-2018, 09:34 | 879 dəfə oxunub
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 93.1.4 və 234.4.1-ci maddələrinə əsasən 2 il 3 ay azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Vüqar Əsgər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Əsgərov Ağahüseyn Əsgər oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın etiketində xüsusi üsulla tikilərək gizlədilmiş 0,432 qram “Heroin” aşkar edilmişdir.