Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Gənc əsgərlər and içmişlər

 
7-09-2018, 16:47 | 542 dəfə oxunub

Gənc əsgərlər and içmişlər


07 sentyabr 2018-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 347 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilmişdir.

Dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içmişlər.

Tədbirdə çıxış edən Mühafizə Alayının komandiri, ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov gənc əsgərlərə Ədliyyə Nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru cənab Ceyhun Həsənovun təbriklərini çatdırmış və onlara vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə etmişdir.

Çıxış edən əsgərlər və valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını bildirmişlər.

Daha sonra şəxsi heyətin marş sədaları altında təntənəli hərbi keçidi izlənilmişdir.

Tədbirin sonunda Mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirmişdir.

Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər


Gənc əsgərlər and içmişlər



İctimaiyyətlə əlaqələr şöbəsi

07.09.2018

 

Example - jQuery SilverTrack



«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az
Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46