Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Cəzaçəkmə müəssisələrinə mobil telefon keçirilməsinin qarşısı alınmışdır

 
25-07-2018, 15:00 | 355 dəfə oxunub

Cəzaçəkmə müəssisələrinə mobil telefon keçirilməsinin qarşısı alınmışdır


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 17 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.

Cinayət Məcəlləsinin 317.2.1, 234.2, 67.1 və 120.2.4-cü maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Fərzəliyev Sərxan Cəmil oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini Nəsibova Aytən İsmayıl qızının üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman uşaq paltarlarının arasında gizlətdiyi daxilində danışıq kartı olmayan 1 ədəd "İ-mobile" markalı mobil telefon aşkar edilərək götürülmüşdür.

Cinayət Məcəlləsinin 204.1 və 52.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Naibov Taley Cəfər oğlunun yanına qısamüddətli görüşə gəlmiş bacısı qızı Bakı şəhəri sakini Süleymanova Nuray Kamandar qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasında gizlətdiyi 1 ədəd "SAMSUNG" markalı mobil telefon, daxilində 1 ədəd “nar” və 1 ədəd “bakcell” nömrəsi aşkar edilərək götürülmüşdür.

Toplanmış sənədlər və maddi sübutlar Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir.

Faktla bağlı araşdırma aparılır.


İctimaiyyətlə əlaqələr şöbəsi
25.07.2018


 

Example - jQuery SilverTrack



«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az
Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46