Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Müəssisəyə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)

 
11-01-2023, 12:16 | 432 dəfə oxunub

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Cinayət Məcəlləsinin 120.2.11; 181.3.3; 221.3; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Mirheydər oğlu Cavadova gətirilmiş sovqata baxış keçirilən zaman orada olan mandarinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,772 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,791 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 2,138 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,04 qram olan metadon həbi aşkar olunmuşdur.

Faktla bağlı araşdırma aparılır.

Müəssisəyə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)


İctimaiyyətlə əlaqələr şöbəsi

11.01.2023

 









Example - jQuery SilverTrack



«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68