Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Azərbaycan ilə Gürcüstan arasında əlaqələr ədliyyə sahəsində də uğurla inkişaf edir

 
1-12-2022, 19:15 | 188 dəfə oxunub

Azərbaycan ilə Gürcüstan arasında əlaqələr ədliyyə sahəsində də uğurla inkişaf edir


Azərbaycan ilə Gürcüstan arasında hüquqi əlaqələrə xüsusi önəm verilir və bu sahədə iki ölkənin ədliyyə qurumları səmərəli əməkdaşlıq edirlər. Cari ilin martında Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin Azərbaycana səfəri, nazirliklər arasında Əməkdaşlıq Memorandumunun imzalanması qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib. Memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər təşkil olunur, qarşılıqlı müsbət təcrübələr öyrənilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun gürcüstanlı həmkarı Rati Breqadze ilə görüşündə səslənib.

Görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmləndirilməsində dövlət və hökumət başçılarımızın xüsusi rolu vurğulanıb.

Belə səfərlərin və görüşlərin diplomatik münasibətlərimizin qurulmasının 30-cu ildönümünə təsadüf etməsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunaraq, ədliyyə və məhkəmə sistemində islahatlara və tətbiq olunan rəqəmsal yeniliklərə maraq göstərilib.

Qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olduğu vurğulanıb və səfər çərçivəsində keçiriləcək Azərbaycan-Gürcüstan Hüquq Forumunun əhəmiyyəti qeyd edilib.

Gürcüstanın ədliyyə nazir R.Breqadze bu ilin martında Azərbaycana səfərini məmnunluqla xatırlayıb və ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi, hüquqi, ədliyyə xidmətlərinin göstərilməsi sahəsində böyük tərəqqiyə nail olduğunu vurğulayıb.

Söhbət zamanı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı quruculuq işlərinə toxunularaq, torpaqlarımızın işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasının bərpa işlərinə ciddi mane olduğu, habelə çoxsaylı insanların həlak olmasına və xəsarət almasına səbəb olduğu xüsusilə diqqətə çatdırılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev görüşdə iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan ilə Gürcüstan arasında əlaqələr ədliyyə sahəsində də uğurla inkişaf edir


Azərbaycan ilə Gürcüstan arasında əlaqələr ədliyyə sahəsində də uğurla inkişaf edir


 









Example - jQuery SilverTrack



«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68