Mühafizə Alayının əməkdaşları üçün psixoloji seminar-treninq keçirilmişdir
17-06-2022, 17:50 | 714 dəfə oxunub
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşlarının hərbi bacarıqlarının, biliklərinin, mənəvi-psixoloji hazırlıqlarının artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə daimi olaraq görüşlər keçirilir, seminar-treninqlər təşkil edilir.
Tədbirlər planına uyğun olaraq 17.06.2022-ci il tarixdə Alayın şəxsi heyəti ilə növbəti psixoloji seminar-treninq keçirilmişdir.
“Şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi, ünsiyyət problemləri” mövzusunda təşkil olunmuş tədbirin əsas məqsədi psixi gərginliklərin, davranışlarda yarana biləcək neqativ dəyişikliklərin aradan qaldırılması, qarşılıqlı münasibətlər sisteminin tənzimlənməsi, vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, həqiqi hərbi xidmət keçən əsgərlərin psixoloji durumlarının daim nəzarətdə saxlanılması və müvafiq psixoloji yardımın göstərilməsi məsələlərinin müzakirəsi olmuşdur.
Tədbirdə Penitensiar xidmətin Baş idarəsinin və Mühafizə Alayının məsul əməkdaşları iştirak etmişlər.
Treninqdə qarşılıqlı fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.