Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınmışdır (FOTO)
21-05-2022, 10:37 | 252 dəfə oxunub
Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Akif oğlu Təhməzov müəssisəyə qəbul olunarkən onun üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman belindəki yaranın sarğısının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,794 qram olan narkotik maddə - heroin aşkar edilmişdir.