Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

UNICEF ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir

 
5-05-2022, 19:17 | 158 dəfə oxunub

UNICEF ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir


Mayın 5-də ədliyyə naziri Fikrət Məmmədov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşüb.

UNICEF-lə səmərəli əməkdaşlığı qeyd edən nazir ölkəmizin davamlı inkişaf prosesindən, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbə nəticəsində azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən tədbirlərdən, bu prosesə əngəl törədən torpaqlarımızın işğal dövründə büsbütün dağıdılaraq minalanmasından danışıb, ötən il qələbənin birinci ildönümü münasibətilə qəbul olunmuş və yetkinlik yaşına çatmayan məhkumları da əhatə edən ən geniş amnistiya aktının humanist əhəmiyyətini qeyd edib.

Eyni zamanda son illər cəza siyasətinin humanistləşdirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər barədə məlumat verilərək bu yaxınlarda yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni penitensiar müəssisələrin istifadəyə verildiyi bildirilib, cəmiyyətin həssas qrupu olan həmin məhkumların hüquqlarının təminatına xüsusi önəm verən dövlət başçısının müəssisələrə şəxsən baş çəkərək şəraitlə yerində tanış olduğu, habelə geniş ictimai təqdimatın keçirildiyi vurğulanıb.

UNISEF-in ölkəmizlə səmərəli əməkdaşlıq etdiyini söyləyən qonaq ədliyyə sahəsində birgə uğurlu layihələr həyata keçirildiyini vurğulayıb, penitensiar müəssisələrdə yaradılan müasir şəraitin təqdirəlayiq olduğunu qeyd edib. A.Haykens yuvenal ədliyyə sahəsində birgə fəaliyyət planının icrası çərçivəsində görülən tədbirlər, o cümlədən treninqlərin təşkili, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması barədə məlumat verib, penitensiar müəssisələrdə saxlanılan və probasiya nəzarətində olan azyaşlıların sosial adaptasiyası ilə bağlı təkliflər irəli sürüb.

Nazir ölkəmizdə məhkəmə sistemində aparılan islahatlar barədə qonağı məlumatlandıraraq məhkəmə infrastrukturunun müasirləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tədbirlərin ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət etdiyini vurğulayıb, UNICEF-lə səmərəli əməkdaşlıqda birgə həyata keçirilən qanunvericilik, institusional və praktiki tədbirləri qeyd edib. Yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi zamanı məhkəmələr tərəfindən humanistlik nümayiş etdirilərək onlar barəsində azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verildiyi bildirilib, probasiya xidmətin fəaliyyətinə və həmin cəzaların icrasında elektron qolbaqların tətbiqinə toxunulub.

Qonaq ədliyyə və məhkəmə sahəsində ölkəmizin müsbət təcrübəsini maraqla qarşılayaraq təqdir edib, uğurlarımızın beynəlxalq miqyasda yayılmasının əhəmiyyətini vurğulayaq bu işdə UNICEF-in dəstək göstərməyə hazır olduğunu bildirib.

A.Haykens həmçinin, ölkəmizin azad edilmiş ərazilərinin bərpası və minalardan təmizlənməsi prosesinə dəstək göstərilməsi ilə bağlı Ədliyyə Nazirliyinin müraciəti ilə əlaqədar UNICEF tərəfindən partlayıcı sursatlara dair geniş maarifləndirici proqramın həyata keçirildiyini vurğulayıb.

Görüşdə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub, qarşılıqlı fəaliyyətin prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

UNICEF ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir


UNICEF ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir


 







Example - jQuery SilverTrack



«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68