Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının keçdiyi şərəfli döyüş yolunun 65 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilmişdir.
Yarandığı gündən istimtaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsini təşkil edən Mühafizə Alayı mühüm tapşırıqları layiqincə yerinə yetirmiş, vəzifə və xidməti borclarına vicdanla yanaşmış, vətənpərvərlik nümunəsi göstərərək tarixin ağır sınaqlarından alnıaçıq və üzüağ çıxaraq vəzifələrinin öhdəsindən ləyaqətlə gəlmişdir.
Yubiley münasibətilə Alayın nüvəsində müşavirə keçirilmiış, Xətayi rayon Mədəniyyət mərkəzinin incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təşkil olunmuşdur.
Həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə təşkil edilmiş “Dəmir yumruq” adlı “Breyn-rinq” intellektual bilik yarışının 24 dekabr 2021-ci il tarixində Alayın nüvəsində baş tutmuş final oyununun qalibləri Alay rəhbərliyi tərəfindən fəxri fərmanlar və kuboklarla mükafatlandırılmışlar.