Cəzaçəkmə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)
29-04-2021, 17:23 | 452 dəfə oxunub
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xuran Xeyrulla Aydın oğluna qohumu Bakı şəhər sakini Səlimxanov Araz Zeynal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qozun içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,608 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,262 qram olan psixotrop maddə - metamfetamin aşkar edilmişdir.