Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 






SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib

 
19-03-2021, 11:55 | 89 dəfə oxunub

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılır, pandemiya şəraiti ilə əlaqədar müraciətlərə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir.

Martın 18-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib.

Videoqəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı və digər müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üzrə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib. Müraciətlərin dinlənilməsinin videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb.

Nazir həmçinin, qəbulda iştirak edən şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Vətəndaşlar şəhid ailələrinin və yaralı hərbçilərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayaraq onların müraciətlərinə həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.



Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

Example - jQuery SilverTrack



«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68