Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)
15-02-2021, 16:05 | 214 dəfə oxunub
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Rzayev Razi Arif oğluna qaynı Gəncə şəhər sakini Məmmədov Arzu Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kartofun içəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,683 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,042 qram olan narkotik maddə - heroin aşkar edilmişdir.