Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 






SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Müəssisələrə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)

 
8-02-2021, 11:55 | 382 dəfə oxunub

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına, 3 saylı İstintaq təcridxanasına, 11 saylı cəzaçəkmə müəssisəsinə və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.


Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Əsədov Anar Zöhrab oğluna həyat yoldaşı Bakı şəhər sakini Əsədova Elnarə Tofiq qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan cins şalvarın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,463 qram olan narkotik maddə - heroin aşkar edilmişdir.
Müəssisələrə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)



Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Əliyev Anar Firidun oğluna qohumu Lənkəran rayon sakini Əlizadə Xeyrulla Qüdrət oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 2,033 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,048 qram olan psixotrop maddə - metamfetamin aşkar edilmişdir.


Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 235.4.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum İsmayılov Elgün Mürşüd oğluna qohumu Məmmədov Sahib Cəbrayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan alt paltarının bel hissəsindəki rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş və ümumi çəkisi 3,348 qram olan narkotik maddə - heroin aşkar edilmişdir.
Müəssisələrə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (FOTO)



Cinayət Məcəlləsinin 228.1-c1 maddəsinə əsasən təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əhmədov Rafiq Tofiq oğluna bibisi oğlu Bakı şəhər sakini Əhmədov Fariz Əbülfət oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,157 qram olan narkotik maddə - heroin aşkar edilmişdir.


Hər bir faktla bağlı araşdırma aparılır.

İctimaiyyətlə əlaqələr şöbəsi

08.02.2021

 

Example - jQuery SilverTrack



«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68