Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 






SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Penitensiar xidmətdə bölgə vətəndaşlarının videoqəbulu keçirilib

 
30-01-2021, 13:08 | 339 dəfə oxunub

Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların nazirlikdə, bölgələrdə və müasir İKT-lər tətbiq olunmaqla virtual qəbul məntəqələri vasitəsilə qəbuluna xüsusi önəm verilir.

Ədliyyə nazirliyi Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov tərəfindən yanvarın 29-da Gəncə, Şirvan, İmişli və Şəki regional ədliyyə idarələrinin yurisdiksiyasını əhatə edən rayonların vətəndaşları ilə videoqəbulu keçirilib.

Qeyd olunun regional ədliyyə idarələri vasitəsilə əvvəlcədən qəbula yazılmış 11 nəfər vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll olunub, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər məsələlərlə bağlı nazirliyin videoqəbulunda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.


İctimaiyyətlə əlaqələr şöbəsi

30.01.2021

 

Example - jQuery SilverTrack



«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68