Təcridxanaya psixotrop maddə keçirilməsinin qarşısı alınmışdır (FOTO)
13-01-2021, 10:36 | 229 dəfə oxunub
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilmişdir.