Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 






SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Cəzaçəkmə müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (foto)

 
2-01-2021, 10:48 | 433 dəfə oxunub

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə və Müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Cinayət Məcəlləsinin 181.2.1; 181.2.4; 181.2.5; 177.2.1; 177.2.2; 177.2.3; 326.2; 66.3 və 67-ci maddələrinə əsasən təqsirli bilinərək 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəlilov Şafaddin Fidayət oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Bakı şəhər sakini Xəlilov Tahir Şafəddin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kartofun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 7,2 qram olan narkotik maddə - heroin aşkar edilmişdir.

Cəzaçəkmə müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (foto)


Cinayət Məcəlləsinin 126.3; 228.1; 229.1; 66.3 və 67-ci maddələrinə əsasən təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Müalicə müəssisəsində cəza çəkən məhkum Şərifov Etiram Bəxtiyar oğluna tanışı Abşeron rayon sakini Rəsulzadə Bayram Fatik oğlu tərəfindən göndərilmiş sovqata baxış keçirilən zaman orada olan hamam dəsmalının tikiş yerlərində xüsusi üsulla gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,007 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,448 qram olan psixotrop maddə - metamfetamin aşkar edilmişdir.

Cəzaçəkmə müəssisələrinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır (foto)


Hər iki faktla bağlı araşdırma aparılır.

İctimaiyyətlə əlaqələr şöbəsi

02.01.2021

 

Example - jQuery SilverTrack



«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az

Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46

İctimaiyyətlə əlaqələr şöbəsi: (+99412) 598 46 85 (+99412) 598-07-65 (+99450) 330 74 68