|
29-12-2020, 14:32 | 231 dəfə oxunub
Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiyaya qarşı qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı açıq qəbullar təxirə salınıb.
Ədliyyə nazirliyi üzrə 10.06.2020-ci il tarixli, 16-T nömrəli əmrə uyğun olaraq dekabrın 29-da Ədliyyə nazirliyi Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov tərəfindən Sumqayıt, Gəncə, İmişli və Şirvan regional ədliyyə idarələrinin yurisdiksiyasını əhatə edən rayonların vətəndaşları ilə videoqəbulu keçirilib.
Qeyd olunun regional ədliyyə idarələri vasitəsilə əvvəlcədən qəbula yazılmış 8 vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin videoqəbulunda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri pandemiya şəraitində vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəkildə təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi
29.12.2020
|
|