Təcridxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınmışdır
28-11-2020, 09:54 | 275 dəfə oxunub
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkar edilmişdir.