Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınmışdır
6-10-2020, 20:47 | 237 dəfə oxunub
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Yusif Tofiq oğluna yeznəsi Ağsu rayon sakini Piriyev Amil Eyyub oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan cins şalvarın cibində gizlədilmiş kağız bükülüdə ümumi çəkisi 0,192 qram narkotik maddə “heroin” aşkar edilmişdir.