Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul etmişdir

 
12-10-2019, 11:45 | 750 dəfə oxunub

Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul etmişdir


Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşlara yüksək xidmət göstərilməsi, onların müraciətlərinə diqqət və xüsusi həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov 11.10.2019-cu il tarixdə Gəncə şəhərində Regional Ədliyyə İdarəsində vətəndaşların qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl Gəncə şəhərinin mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, qeyd olunmuş məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə isə Penitensiar xidmətin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir.

Vətəndaşlar qəbul üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıq etmiş, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan sonra nazir müavini Penitensiar xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasına baş çəkmiş, müəssisədə aparılan təmir-abadlıq işləri ilə tanış olmuş, həbs edilmiş şəxslərin hüquqlarının və mənafelərinin etibarlı qorunması, təcridxananın fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul etmişdir


Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul etmişdir


Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul etmişdir


Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul etmişdir


Ədliyyə nazirinin müavini Gəncədə vətəndaşları qəbul etmişdir


İctimaiyyətlə əlaqələr şöbəsi

12.10.2019

 

Example - jQuery SilverTrack



«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az
Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46