Yüklənir...biraz gözləyin
   
  Drop Down Menu  
  Drop Down Menu  
 




SON XƏBƏRLƏR - BÜTÜN XƏBƏRLƏR

Xidmət əməkdaşları Mərkəzi mülki müdafiə kurslarında iştirak etmişlər

 
11-10-2019, 18:22 | 422 dəfə oxunub

Xidmət əməkdaşları Mərkəzi mülki müdafiə kurslarında iştirak etmişlər


“Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, onların müvafiq təlimlərində iştirakı daima diqqət mərkəzindədir.

Bununla əlaqədar Penitensiar xidmətin 2019-cu il üçün mülki müdafiə üzrə planına əsasən 3 və 6 saylı Məntəqə tipli cəzaçəkmə müəssisələrinin, Təlim Mərkəzinin, Təhcizat idarəsinin və Avtonəqliyyat təsərrüfatının rəisləri Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edilmiş Mərkəzi mülki müdafiə kurslarında iştirak etmişlər.

Kurslarda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən ölkəmizdə mülki müdafiə sahəsində görülmüş işlər barədə müfəssəl məlumat verilmiş, bu sahədə yerli və beynəlxalq təcrübə ilə bağlı interaktiv mühazirələr dinlənilmişdir.

Kurs iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin sertifikatları təqdim olunmuşdur.

Xidmət əməkdaşları Mərkəzi mülki müdafiə kurslarında iştirak etmişlər


İctimaiyyətlə əlaqələr şöbəsi

11.10.2019

 

Example - jQuery SilverTrack



«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


  AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami küçəsi 114
Telefon: (+99412) 493-24-86 (+99412) 598-40-46
Faks: (+99412) 493-40-86
E-mail: info@penitensiar.justice.gov.az
Qaynar xətt telefonları: (+99412) 598-47-73 (+99412) 598-40-46